HADİSƏ

Azərbaycanda hamilə qadın əri və qaynı tərəfindən vəhşicəsinə döyüldü

Faktla bağlı Lerik RPŞ-də araşdırmalar davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Lerik rayonunda hamilə qadının döyülməsi faktı qeydə alınıb.

Sputnik Azərbaycan-ın nölgə müxbirinin əldə etdiyi məlumata əsasən, döyülmə hadisəsi rayonun Orand kəndi ərazisində qeydə alınıb. Ötən gün gecə saatlarında 24 yaşlı Lerik sakini Zakirə Fərəcova əri və qaynı tərəfindən bərk döyülüb. Döyülən Z.Fərəcova gecə saat 03:00 radələrində özünü atası evinə ağır vəziyyətdə çatdırıb və həyətdə huşunu itirib. Dərhal zərərçəkənin atası yərəfindən DİN "102" Xidmət-Zəng Mərkəzinə məlunat verilib.

Z.Fərəcova isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasıba çatdırılıb. Xəstəxanada xəsarət alan qadına sağ gözünün hemotoması diaqnozu qoyulub və o müayinə olunması üçün Lənkəran Diaqnostik Mərkəzinə göndərilib.

Qeyd edək ki, öz bibisi oğlu ilə ailəli olan Z.Fərəcova əvvəllər də oxşar hadisələrlə üzləşdiyindən atası Lerik Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı Lerik RPŞ-də araşdırmalar davam etdirilir.