Vüqar Rəhimzadə: "Qarabağ problemi Azərbaycana qarşı soyqırım və deportasiya prosesisinin kulminasiya nöqtəsidir"
"Dağlıq Qarabağ problemi Azərbaycanın qarşısında duran ən vacib məsələdir. Bu, təkcə Azərbaycana deyil, regionda gedən bütün müsbət işlərə, böyük layihələrə mənfi təsir edən və dünya üçün həlli vacib olan məsələlərdən biridir". Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağda sülhü necə yaxınlaşdırmalı?" mövzusunda keçirilən dəyirmi masada YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi tək bu günün problemi deyil, o, yüz ilin, əsrin problemidir: "Bu, ötən əslin əvvəllərindən Azərbaycana qarşı olan soyqırım və deportasiya prosesisinin kulminasiya nöqtəsidir. 1988-ci ildən Azərbaycanın başına gətirilən hadisələr təkcə Ermənistan hakimiyyətinin deyil, Sovetlər hakimiyyətində duran Qorbaçovun və digər ölkələrin məkirli niyyətlərinin bir tərkib hissəsidir".
YAP Siyasi Şura üzvünün geniş şərhini audiofaylda dinləyə bilərsiniz