RUSİYA

Putin Trampın ən güclü cəhətlərini sadaladı

Rusiya prezidenti: "Donald Trampın ən müsbət cəhəti verdiyi sözə əməl etməsidir"
Sputnik

BAKI, 27 iyul — Sputnik. Donald Trampın ən müsbət cəhəti verdiyi sözə — ilk növbədə seçicilərə verdiyi sözə əməl etməyə çalışmasıdır.

Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, bunu CAR-da keçirilən BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından ibarət qrup) ölkələrinin sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Yeri gəlmişkən, mən fəaliyyətdə olan prezidentin bu özəlliyini müsbət qiymətləndirirəm. Çünki bu və ya digər liderlər prezident seçkilərindən sonra seçkilərdən əvvəl xalqa verdikləri sözü tez unudurlar" — deyə Rusiya prezidenti bildirib.

Rusiya və Amerika prezidentləri dəfələrlə bir-birinin xarakterini müsbət qiymətləndiriblər. Trampın rəqibləri həmişə onu rusiyalı kolleqasına münasibətdə "həddindən artıq hörmətlə" davranmaqda tənqid edirlər. 

Donald Tramp erməni lobbisini sıxışdırmağa başlayıb

"Düşünürəm ki, o, təcrübəli adamdır, təcrübəli biznesmendir və başa düşür ki, əgər kiminləsə əməkdaşlıq münasibətləri qurmağa zərurət varsa, onda cari və potensial tərəfdaşa hörmətlə yanaşmaq lazımdır, əks təqdirdə bundan heç nə alınmayacaq" — deyə Putin vəziyyəti təhlil edərkən deyib.

Bu yaxınlarda sözügedən prezidentlərin Helsinkidə görüşü baş tutub. Tərəflər görüş zamanı demək olar ki, ikitərəfli münasibətlər və beynəlxalq gündəmin bütün spektrini əhatə ediblər və bəzi yerlərdə hətta praktik razılaşmalar əldə ediblər.

Amerika lideri sammiti müsbət qiymətləndirib. Qeyd edib ki, Rusiya ilə münasibətlər ABŞ və bütün dünya üçün vacibdir. Bunun üçün də o, siyasi rəqibləri tərəfindən tənqid edilib.

Yohannesburqda BRHÇC ölkələrini 10-cu sammiti artıq başa çatıb.