HADİSƏ

Azərbaycanın bu bölgəsində güclü yanğın başladı

Hirkan Milli Parkında yanğın başlayıb
Sputnik

BAKI, 27 iyul — Sputnik. Lənkəranda Hirkan Milli Parkının ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, rayonun Şovu kəndinə yaxın ərazidə qeydə alınan yanğının söndürülməsinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi ilə yanaşı, mülkü əhali də cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.