SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev Zaxarovayla danışıqların konstruktiv keçdiyini bildirib

Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib
Sputnik

Hikmət Hacıyev: Məsləhətləşmələr konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçdi
“Rusiya ilə Azərbaycan Xarici İşlər Nazirlikləri arasında fəaliyyət planı mövcuddur və bu plana əsasən, iki ölkə XİN-ləri arasında intensiv məsləhətləşmələr aparılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu məsləhətləşmələrin yekunları barədə danışan Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O bildirib ki, informasiya sahəsində aparılan məsləhətləşmələr konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

İyulun 27-də Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova iştirak edib.