CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda doqquz minə yaxın hepatit xəstəsi var

Müraciət edənlərdə 493 nəfərdə serroz aşkar olunub, 6266 nəfərə isə müalicə yazılıb
Sputnik

BAKI, 27 iyul — Sputnik. Son 4 il ərzində B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya son dörd il ərzində 8936 nəfər müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində "28 iyul — Ümumdünya Hepatit Günü"nə həsr olunmuş bugünkü mətbuat konfransında məlumat verilib.

Həkim: Hepatit xəstəliyini gizlədib ailə qururlar

Komissiyanın üzvü, Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, Komissiyaya müraciət edənlərdən 57 faizi kişi, 43 faizi qadın olub: "Onlardan 73 faizində hepatit C, 27 faizində Hepatit B aşkar olunub. Ümumiyyətlə, 1142 nəfər şəxsdə bu virusu var, amma xəstəlik müşahidə edilmir".

H.Qədirova, həmçinin qeyd edib ki, B və D hepatitinə yoluxanların sayı isə 160 nəfərdir: "Müraciət edənlərdə 493 nəfərdə serroz aşkar olunub. 6266 nəfərə isə müalicə yazılıb və onlar müalicəni başa çatdırıblar. 1259 nəfərin müalicəsinə əks göstəriş olub. 2017-ci ildə isə Hepatit A 59, hepatit B 160, Hepatit C vurusunun xroniki hal alması ilə bağlı 154 nəfər komissiyaya müraciət edib".

"Vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya — qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır" — deyə o əlavə edib.

Mətbuat konfransında çıxış edən İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də bildirib ki, müalicələrin effektiv olması üçün xəstəliyi vaxtında aşkar etmək lazımdır: "Dünyada 400 milyon insan bu virusa yoluxub. Hər il bir milyon 400 milyon insan Hepatit virusundan ölür".

Konfransda o da qeyd olunub ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün ölkədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır.