Əbədi həyat olacaq?

İnsanlar həyatını virtual mühitdə davam etdirə biləcək
Sputnik

BAKI, 27 iyul — Sputnik. 2050-ci ildə insanlar öz dəfn mərasimində iştirak edə biləcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dəfn mərasimləri insan həyatının sonu kimi qeyd edilsə də, bu anlayış yaxın gələcəkdə dəyişəcək.

Alim Lan Pearsona görə, 2050-ci ildə yaddaşımız kompüter sistemlərinə köçürüləcək. Beləliklə, insanlar həyatını virtual mühitdə davam etdirə biləcəklər.

Bəzi alimlərə görə, beyinimizin yaddaş sistemi kompüterlərə köçürüləcək. Pearson isə bir qədər də irəli gedərək deyir ki, kompüterlər zamanla beynimizlə əlaqə yaradacaq və yaddaşımızdakı məlumatlarla əlaqə saxlaya biləcək.

Bu iddiaya görə, bədənimiz bir gün bu dünyadan köüçb getsə də, yaddaşımız həyatını əbədi davam etdirə biləcək. Bu vasitə ilə bədənimizin dəfn mərasimində iştirak edə biləcəyik. Pearsona görə, yaşı 40-dan aşağı olan hər kəsin yaddaşı virtual aləmə köçürülə bilər.

Perason qeyd edir ki, bu əməliyyatın kütləviliyi 2060-cı illərdən sonra mümkün olacaq. Çünki bu tarixdən sonra belə əməliyyatlar ucuzlaşacaq. İnsanlara beyni kompüterdə saxlama və ya robot bədənlərə köçürülmə təklifləri veriləcək.