RUSİYA

Azərbaycan ilə Rusiya mühüm məsələdə razılığa gəlib

Hikmət Hacıyev: "Azərbaycan və Rusiya informasiya sahəsində əlaqələri genişləndirir"
Sputnik

BAKI, 27 iyul — Sputnik. "Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında informasiya sahəsində əməkdaşlıq üzrə birgə fəaliyyət planı var". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Rusiya XİN: Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı nəsə etmək lazımdır

O qeyd edib ki, rusiyalı həmkarı Mariya Zaxarova ilə görüşdə belə əlaqələrin genişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər: "Görüşlərimiz artıq intensiv xarakter daşıyır. KİV ilə qarşılıqlı əlaqə, sosial şəbəkələr, eləcə də rəqəmsal diplomatiya sahəsindəki potensial əməkdaşlıq məsələlərini müzakirə etdik. Belə konstruktiv səviyyədə əməkdaşlığımızı davam etdirəcəyimizə dair razılığa gəldik".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iştirak edib.