BAKI, 27 iyul — Sputnik. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampa hərbçilərin kütləvi şəkildə dəfn olunduğu ərazinin fotosunu hədiyyə edib. Bu barədə Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir.
Fotoda İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasına rəhbərlik edən general Corc Pattonun dəfn olunduğu Lüksemburq qəbiristanlığı əks olunub.
"Əzizim Donald, gəlin bizim birgə tariximizi unutmayaq" — deyə fotoda qeyd olunur.
Qeyd edək ki, Tramp və Yunker ötən gün Vaşinqtonda görüşüb. Görüşün yekununda siyasətçilər ticarət sədlərinin aradan qaldırılması və qarşılıqlı vergilərin ləğv olunmasına dair razılığa gəliblər.