Culian Assanj üçün yeni, xoş olmayan dövr başlaya bilər

Ekvador prezidenti Culian Assanjın London səfirliyindəki sığınacağı tərk etməsini istəyir
Sputnik

BAKI, 27 iyul — Sputnik. Ekvador prezidenti Lenin Moreno bəyan edib ki, WikiLeaks-in qurucusu Culian Assanj nəhayət, ölkənin Londondakı səfirliyini tərk etməlidir.

"Bu qədər müddətdə sığınacaqda qalmağın özü belə insan hüquqlarının pozulmasıdır" — deyə Moreno Madriddəki çıxışı zamanı deyib.

Ekvador prezidenti qeyd edib ki. heç vaxt Assanjın "fəaliyyət tipi"ni dəstəkləməyib və hər zaman qiymətli informasiya əldə etmək xatirinə insanların şəxsi yazışmalarına müdaxilənin əleyhinə olub.

"Bizim istədiyimiz yeganə şey onun (Assanjın — red.) həyatına heç bir təhlükə olmadığına dair qarantiyadır. Biz artıq bunu müzakirə etmişik və Assanjın vəkilləri, eləcə də Britaniya hökuməti ilə bu istiqamətdə müzakirələri davam etdiririk" — deyə Moreno bildirib. 

Prokurorluqdan Ronalduya bəd xəbər gəldi

O, həmçinin əlavə edib ki, Britaniya hakimiyyəti ilə bu çətin vəziyyəti müzakirə etsə də, Assanjın özü ilə görüşməyib. Elvadorun Londondakı səfirliyində prezidentin sözlərini şərh etməkdən imtina ediblər.

Öz növbəsində Britaniya baş naziri Tereza Meyin ofisinin nümayəndəsi bildirib ki, Assanjın məsələsinin müzakirəsi davam etdirilir, amma bu məsələ Morenonun səfəri zamanı qaldırılmayıb.

Bununla belə, Ekvadorun xarici işlər naziri Xose Valensiya deyib ki, WikiLeaks-in qurucusu daimi olaraq diplomatik missiyanın ərazisində sığına bilməz. Diplomat bu problemi üç tərəf — Britaniya hökuməti, Ekvador hökuməti və Assanjın vəkilləri arasında beynəlxalq hüquq çərçivəsində müzakirə etməyə çağırıb. O həmçinin xatırladıb ki. sığınacaq altında olan Assanj siyasi bəyanatlarla çıxış edə bilməz. Əgər o, bu qəbildən olan nəsə danışsa, Ekvadorun digər dövlətlərlə münasibətlərini riskə atmış olacaq.

Assanj 2012-ci ildən Ekvadorun Londondakı səfirliyində sığınacaq tapıb. O, WikiLeaks-dəki fəaliyyəti ilə əlaqədar olaraq İsveçin hüquq-mühafizə orqanlarının onu ABŞ-a ekstradisiya edəcəyindən qorxduğu üçün Ekvadordan siyasi sığınacaq istəyib. 

Snoudenin növbəti sensasiyalı açıqlaması dünyanı qarışdırdı

Martın sonlarında Ekvador hökuməti Assanjı xarici aləmlə əlaqədən məhrum edib.

Hakimiyyətin fikrincə, WikiLeaks qurucusunun hərəkətləri, eləcə də sosial şəbəkələrdəki fəaliyyətləri Ekvadorun Böyük Britaniya, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə olan yaxşı əlaqələrini təhlükə altında qoyur.

Bir sıra KİV-lərin yazdığına görə, ola bilsin Assanj bundan sonra sığınacaqdan imtina etsin. Lakin rəsmi Kito bu məlumatı rəsmən təsdiqləməyib.