Alimenti əzabla verdi, 70 kiloqram qəpik gətirdi

Qadın qeyd edib ki, keçmiş əri onu ələ salıb əziyyət vermək üçün belə edir
Sputnik

BAKI, 27 iyul — Sputnik. Keçmiş ər aliment ödəmək üçün məhkəməyə 70 kiloqram xırda pul gətirib.

Sputnik Azərbaycan xəbər verir ki, Hindistanın Çandiqarx şəhərinin sakini alimenti qəpiklə ödədiyi üçün öz keçmiş ərini məhkəməyə verib.

Zəngin vəkil 2014-cü ildə arvadından boşanıb. Məhkəmə qadına hər ay 25 min rupi (619 manat) aliment ayırıb. Kişi qərarı qəbul etməyib və yuxarı instansiyaya müraciət edib. Sonda isə razılaşaraq pulu gətirib. Şikayətçi qadın 4 yüzlük və qəpik şəklində 24,6 min rupi alıb. Pulun ümumi çəkisi 70 kiloqram olub.

Qadın qeyd edib ki, keçmiş əri onu ələ salıb əziyyət vermək üçün belə edir. Kişi isə qeyd edib ki, o, heç bir qayda pozmayıb. Çünki heç yerdə alimentin necə verilməsi barədə qeyd yoxdur.