ABŞ prezidentinin ulduzu sındırıldı

Los-Anceles polisi hadisənin səhər saatlarında baş verdiyini bildirir
Sputnik

BAKI, 27 iyul — Sputnik. Hollivudda tanınmış şəxslərin ulduzlarının yer aldığı Şöhrət xiyabanında gözlənilməz olay baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, xiyabanda ABŞ-ın prezidenti Donald Trampın da ulduzu yerləşdirilib. Amma bir neçə gün öncə Donald Trampın adı yazılan ulduz parçalanıb.

Los-Anceles polisi hadisənin səhər saatlarında baş verdiyini bildirir. Artıq ulduzu sındıran şübhəli saxlanılıb. Onun atdığı addımın motivləri araşdırılır