HADİSƏ

Pələng ziyarətçiləri yemək zənn etdi və olanlar oldu - VİDEO

Pələngin sıçrayışları ziyarətçilər tərəfindən səs-küylə qarşılanır
Sputnik

BAKI, 26 iyul — Sputnik. ABŞ-ın Luiziana ştatının Baton Ruj şəhər zooparkında pələng ziyarətçiyə hücum edib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, bu anları əks etdirən video sosial şəbəkələrdə müzakirə edilib. Vidoedan görünür ki, kişi arxasını şüşə divara çevirərək şəkil çəkdirir. Bu an suyun içində pələng addım-addım gələrək ona hücum etməyə hazırlaşır.

Kadrlarda Mayk adlı pələng onu ziyarət edənləri ovlamaq qərarına gəlir. İlk sıçrayış boşa çıxdıqdan sonra o qəfəs boyu qaçaraq digər insanlara baxır və yenidən hücuma keçir.

Pələngin sıçrayışları ziyarətçilər tərəfindən səs-küylə qarşılanır. Videodan gülüş və qışqırıq səsləri gəlir.