HADİSƏ

Bakıda polisə silahla xəsarət yetirildi

Bakıda kafedə dava edən sərxoş şəxsləri ayırmağa çalışan polis bıçaqlanıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Bakıda kafedə dava edən sərxoş şəxsləri ayırmağa çalışan polis bıçaqlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 24-də gecə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin ərazisində yerləşən "Nihad" kafesində sərxoş vəziyyətdə olan 22 yaşlı Abdullayev Nazir Xaqani oğlu ilə müəssisəni ziyarət edən, hələlik adı məlum olmayan digər şəxs arasında dava düşüb.

Bu zaman 24 yaşlı İsgəndərli Seymur Ədalət oğlu dalaşanları ayırmağa cəhd edib və nəticədə əlindən yaralanıb. Abdullayev ona bıçaqla xəsarət yetirib.

Münaqişə nəticəsində zərərçəkmiş şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xuliqanlıq faktı ilə bağlı cinayət işi açılıb və şübhəli şəxslərin hamısı saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, İsgəndərli Bakının Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.