CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik meteohəssas insanlara xəbərdarlıq edir

Günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir
Sputnik

BAKI, 26 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin dəyişkən buludlu,yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Qızmar hava 41 nəfərin ölümünə səbəb olub

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Sabah Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir.