BAKI, 26 iyul — Sputnik. 27-28 oktyabr tarixlərində "Keepface DMCC" və "FA International Trade Events" şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq "Global Influencer Day" tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.
Sputnik AzərbaycanTechnote-ə istinadən xəbər verir ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var.
Tədbirdə, həmçinin "Google", "Microsoft", "Forbes" və "Instagram" kimi dünyaca məşhur şirkətlərin top "influencer" menecerləri çıxış edəcək.
Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaq. Təşkilatçı şirkət olan FA International Trade Events-dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaq.