BAKI, 26 iyul — Sputnik. İran İnqilab Keşikçiləri Korpusuna silah arsenalına Rusiya istehsalı olan "Sukhoi Su-22" hərbi döyüş təyyarələri daxil edilib. Sputnik Azərbaycan"mehrnews"a istinadən xəbər verir ki, İranda təyyarənin təqdimat mərasimi olub.
Tədbirdə İnqilab Keşikçiləri Korpusunun komandanı briqada generalı Məhəmməd Əli Cəfəri və Hava-Kosmos Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib. Onun sözlərinə görə, "S-22" təyyarələri yerli mütəxəssislər tərəfindən modernləşdirilərək, yerli istehsal olan silahlarla təchiz olunub.