Hərbi donanmamızın tarixində önəmli gün

SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı
Sputnik

BAKI, 26 iyul — Sputnik. 1992-ci il iyulun 26-da SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.

SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. 1992-ci ilin aprelində Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradılmışdı. Rusiya ilə aparılan gərgin danışıqlar Xəzər hərbi donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycan Respublikasının sərəncamına verilməsi ilə yekunlaşdı.