MƏDƏNİYYƏT

Sputnik Azərbaycan-ın əməkdaşı Emin Ağalarovun filmində çəkilib - VİDEO

Filmdə Azərbaycan və rusiyalı tanınmışlar rol alıblar
Sputnik

BAKI, 26 iyul — Sputnik. İyulun ortalarında Bakıda Rusiya artistlərinin iştirakı ilə "Bir dəfə Jarada" filminin çəkilişlərinə start verilib. Bakıda "Jara" beynəlxalq musiqi festivalında nələrin baş verdiyindən bəhs edən bu romantik komediyanı fanatlardan tutmuş Rusiya estradasının ulduzlarına qədər hər kəs həyəcanla gözləyir.

Filmdə azərbaycanlı və rusiyalı məşhurlar yer alıb. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva da bu filmdə öz peşəsini canlandırıb. O, çəkiliş meydançasında jurnalist obrazını ifa edib. Burada jurnalist Bakı aeroportunda qarşılaşdığı filmin baş qəhrəmanı Artyoma (Sergey Çirkov) sual verir.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun multumedia jurnalisti Kamilla Əliyeva çəkiliş meydançası

Rusiya-Azərbaycan filmi olan "Bir dəfə Jarada"nın baş prodüseri iş adamı və müğənni Emin Ağalarov (EMİN), prodüseri Teymur Cəfərov, quruluşçu rejissoru Dina Şturmanova, quruluşçu operatoru Vasili Rıjov, quruluşçu rəssamı isə Maksim Alipçenkodur.