BAKI, 26 iyul — Sputnik. NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabr ayından başlayıb.