RUSİYA

Türkiyə-Ermənistan sərhədində insident: Ruslar əfqanlara qarşı əməliyyat keçiriblər

Sərhədi pozan şəxslər Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib
Sputnik

BAKI, 25 iyul — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə-Ermənistan sərhədini pozan 5 şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Rusiya sərhədçiləri erməni-türk sərhədində 5 Əfqanıstan vətəndaşını saxlayıblar

Rusiya sərhədçiləri sərhəd dəstəsinin Artaşat məntəqəsindən Ermənistan ərazisinə qanunsuz keçməyə cəhd edən 5 Əfqanıstan vətəndaşını yaxalayıb. Sərhədi pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Saxlanılan şəxslərin əşyaları

Hazırda faktla bağlı araşdırma aparılır.