RUSİYA

Rusiya təyyarəsi havada yoxa çıxıb

Təyyarənin axtarışına "Mi-8" helikopteri cəlb olunub
Sputnik

BAKI, 25 iyul — Sputnik. Rusiyada "Cirrus" tipli yüngül motorlu təyyarə radarlardan itib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarə Novosibirskdən havaya qalxıb və Tomsk üzərində radarlardan itib.

Artıq Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) axtarışlara başlayıb. Təyyarənin axtarışına "Mi-8" helikopteri də cəlb olunub. Təyyarənin göyərtəsində 6 nəfər var.