CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Usubov yeni rəis təyinat etdi

Bu təyinata qədər Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb
Sputnik

BAKI, 25 iyul — Sputnik. Daxili işlər orqanlarında yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bu təyinata qədər R.Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.