BAKI, 25 iyul — Sputnik. Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinin tətil günləri müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, təhsil nazirinin imzaladığı müvafiq əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür: Birinci yarımil 15 sentyabr — 26 yanvar, ikinci yarımil isə 1 fevral — 14 iyun tarixlərini əhatə edir.
Bundan başqa, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).