İQTİSADİYYAT

Gürcüstan nümayəndəliyimiz ləğv olunur

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv edilib
Sputnik

BAKI, 25 iyul — Sputnik. Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.