HADİSƏ

Daha bir minik avtomobili avtobusa qəza şəraiti yaratdı - VİDEO

Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb
Sputnik

BAKI, 25 iyul — Sputnik. "BakuBus" MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb.

"BakuBus" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1 nömrəli marşrut xətti üzrə "28 May" metrostansiyasının qarşısından "Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb.

Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

N.Vladimirovna "BakuBus" MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb.