HADİSƏ

Nabranda bir ailə faciəsi yaşandı: Dörd nəfər...

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin cəsədləri tapılaraq sudan çıxarılıb
Sputnik

BAKI, 25 iyul — Sputnik. Bu gün Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata əsasən, həlak olanlardan ikisi qadın, ikisi isə azyaşlı uşaqdır. Onlar Xaçmazın Palçıqoba kəndinin sakinləridir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin cəsədləri tapılaraq sudan çıxarılıb.