Anomal istidən 77 nəfər öldü

30 mindən çox insan xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 25 iyul — Sputnik. Yaponiyada iyul ayının əvvəlindən başlayaraq bu günə kimi davam edən anormal isti hava şəraiti ölkədə vəziyyəti ağırlaşdırıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiyada istidən ölənlərin sayı 77 nəfərə çatıb.

9-22 iyul tarixində baş verən anormal istilərdə 77 nəfər həyatını itirib, 30 mindən çox insan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ən isti gündə havanın hərarəti 41.1 dərəcə olub.

Xatırladaq ki, daha əvvəl Yaponiyada yağan aramsız yağışlar nəticəsində 222 nəfər selin qurbanı olub.