BAKI, 25 iyul — Sputnik. İstanbula yağan güclü yağış şəhərdə hərəkəti iflic edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Güclü yağan yağışla əlaqədar İstanbulda metronun hərəkətində problemlərin yaşanmasına səbəb olub.
Şəhərin müxtəlif hissələrində nəqliyyat vasitələri yağış sularının atlında qalıb.
Yağışla əlaqədar İstanbulun Fuadiyə, Beyoğlu, Üsküdar, Tuzla və Pendik rayonlarında ictimai nəqliyyatın hərəkətində problemlər müşahidə olunur.