Yaxın Şərq yenə qarışdı: İsrail Suriya qırıcısını vurdu

Təyyarənin Suriya Hərbi Hava Qüvvələrinə məxsus olduğu bildirilir
Sputnik

BAKI, 24 iyul — Sputnik. İsrail hərbçiləri Suriya ərazisindən ölkənin hava məkanına daxil olan "Suxoy" tipli təyyarəni vurub.

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən, İsrail hərbçiləri təyyarəyə iki zenit raketi buraxıblar.

"Təyyarə İsrailin hava məkanına iki kilometr daxil olub və vurulub" — deyə İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Təyyarənin Suriya Hərbi Hava Qüvvələrinə məxsus olduğu qeyd olunur.