BAKI, 24 iyul — Sputnik. Ermənistanın sabiq prezidenti, Respublika Partiyasının sədri Serj Sarqsyan hazırda Avropadadır. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı "Jovohurd" nəşri yazıb.
Nəşrin məlumatına görə, sabiq prezident hazırda İtaliyadadır. Onun orada tibbi müayinədən keçəcəyi bildirilir.
Nəşr bu məlumatı Respublika Partiyasının üzvlərindən dəqiqləşdirməyə çalışıb. Pariyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bu məlumatı təkzib etməyib: "Yəqin ki… Dəqiq bilmirəm. O, müayinəyə getməli idi. Onu bilirəm ki, o, 10 gün ölkədə olmayacaq"
Bununla belə, Baqdasaryan Sarqsyanın həqiqətən də səhhətində problemin olması barədə sualı cavablandırmaqda çətinlik çəkib. Bu baxımdan sabiq prezidentin birdəfəlik Avropaya yerləşəcəyinə dair iddialar yayılmağa başlayıb.