CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbir oğruları saxlanılıb

Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb
Sputnik

BAKI, 24 iyul — Sputnik. Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 23-də Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqların birində qəbirlərin ətrafına quraşdırılmış metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib.

Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.