RUSİYA

Paşinyan təcili Rusiyaya gedir

Ermənistanın baş naziri Sankt-Peterburqa səfər edəcək
Sputnik

BAKI, 24 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan 26-27 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə Ermənistan hökumətindəki mənbə bildirib.

"Ermənistanın baş naziri Sankt-Peterburqa səfər edəcək" — deyə mənbə qeyd edib. Ermənistan hökuməti isə hələlik bu barədə rəsmi məlumat yaymayıb.