BAKI, 24 iyul — Sputnik. İran Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.
Sputnik Azərbaycan "MehrNews"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hosseyn Xanzadi bildirib.
"Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir" — Xanzadi deyib.
Qeyd edək ki, iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2018" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.