VİDEO

Azərbaycanlı cütlük hind rəqsi ifa edib

Uşaqların ifasında qaynar hind rəqsinə Sputnik Azərbaycan-ın videosunda baxın!
Sputnik

Bakının Dənizkənarı bulvarında bazar günündən etibarən ənənəvi açıq rəqs dərsləri davam edir. Kukla Teatrının arxasındakı açıq meydançada keçirilən bu dərsləri hər gün saat 19:00-dan 22:00-dək arzu edən hər kəs ziyarət edə bilər.

Sputnik Azərbaycan yenidən burada çıxış edən rəqqasları və cütlükləri izləmək üçün bulvara gedib. Bu dəfə obyektivimizə hind rəqsini ifa edən uşaq cütlük tuş gəlib.