BAKI, 24 iyul — Sputnik. Əməkdar jurnalist, 80 yaşlı Luis Peres Qarsiya paytaxt Mexikonun yaxınlığında yerləşən evində qarət zamanı öldürülüb.
"Report" xəbər verir ki, bu barədə Meksikanın Jurnalistlər Assosiasiyaları Federasiyasından məlumat verilib.
Məlumata əsasən, cinayətkar Peres Qarsiyaya vurduğu güclü zərbədən sonra ölüb.
Cinayətkarlar qarətdən sonra evi yandırıblar. Jurnalistin cəsədi isə yanğınsöndürənlər tərəfindən aşkar edilib.