CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücü səhlənkarlığı həm can aldı, həm də kəndi işıqsız qoydu

Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb
Sputnik

BAKI, 23 iyul — Sputnik. Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

1 / 6
Bərdədə mikroavtobus avtomobillə toqquşub
2 / 6
Bərdədə mikroavtobus avtomobillə toqquşub
3 / 6
Bərdədə mikroavtobus avtomobillə toqquşub
4 / 6
Bərdədə mikroavtobus avtomobillə toqquşub
5 / 6
Bərdədə mikroavtobus avtomobillə toqquşub
6 / 6
Bərdədə mikroavtobus avtomobillə toqquşub

"Mercedes" markalı mikroavtobusla "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığından bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.