BAKI, 23 iyul — Sputnik. Efiopiyada ölünü diriltməyə cəhd edən səhiyyə işçisi həbs edilib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "yeni başlayan peyğəmbər" Getyaukal Aele ölənin yaxınına ölən Belay Biftunu dirildəcəyini bildirib.
O, ölənin qohumlarına Lazar haqqında danışıb. İncil dualarında qeyd edilir ki, guya İsa peyğəmbər öləndən 4 gün sonra Lazarı dirildib.
Ölənin yaxıları ona inanıb, məzarı qazaraq cəsədi çıxarıblar. Bundan sora "peyğəmbər" ölünün üstünə uzanaraq "Belay qalx" deyə qışqırıb.
Ölünü diriltmək cəhdi alınmadığı üçün ölənin qohumları "peyğəmbəri" döyməyə başlayıblar. Hadisə yerinə gələn polis əvvəlcə "peyğəmbəri" döyülməkdən azad edib, sonra isə meyit üzəridə təhqiredici davranışlara görə həbs edilib.