HADİSƏ

Ehtiyatsızlıq daha bir şəxsin həyatına son qoydu

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Lənkəran rayonunda bədbəxt hadisə qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən,  hadisə Lənkəranın Havzava kəndi ərazisində günorta saatlarında baş verib. 

Girdəniçay çayının məcrasını dəyişməsi üçün çayın keçdiyi ərazidə işləyən ekskavatorda nasazlıq yaranıb və nasazlığı aradan qaldırmaq istəyərkən sürücü 1959-cu il təvəllüdlü Adıgözəl Bəyverdiyevin üzərinə ekskovatorunun çalovu düşüb. Nəticədə A.Bəyverdiyev hadisə yerində dünyasını dəyişib. Mərhumun meyidi müayinə edilməsi üçün aidiyyatı qurumlara təhvil verilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.