CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kanada silahlı insident baş verib, ölənlər və yaralananlar var

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir
Sputnik

BAKI, 23 iyul — Sputnik. Kanadada naməlum şəxs insanlara atəş açıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu agentliyi"nə istinadən xəbər verir.

Məlumata görə, hadisə Torontonun "Greektown" məhəlləsində baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Yaralılar arasında uşaq da var.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir. Hadisənin təfərrüatı açıqlanmır.