SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb

Hikmət Hacıyev: "O, azərbaycanlı həmkarı Elmar Məmədyarovla təkbətək və geniştərkibli görüş keçirəcək"
Sputnik

BAKI, 23 iyul — Sputnik. "Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək. Səfər zamanı Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmədyarovla təkbətək və geniştərkibli görüş keçirəcək. O, həmçinin Fəxri və Şəhidlər Xiyabanını ziyarət edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıqlı, strateji əhəmiyyət kəsb edir və ölkələr beynəlxalq qurumlar və təşkilatlarda daima bir-birlərini dəstəkləyir.