TƏHLİL

Ölkəmizdə investitsiya bankının yaradılmasına ehtiyac varmı - Ekspert şərhi

Professor Elnur Sadıqov deyir ki, əgər bank hansısa müəssisəyə uzunmüddətli kredit verirsə bu investitsiya fəaliyyəti sayılır
Sputnik

Elnur Sadıqov: “Bankların investitsiya fəaliyyətinə qadağa qoyulmayıb”
“Azərbaycanda “Banklar haqqında” qanunda da göstərilib ki, hər bir kommersiya bankı investitsiya fəaliyyəti ilə məşğul ola bilər”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.

Professor bildirib ki, heç bir banka investitsiya fəaliyyəti üçün qadağa qoyulmayıb: “Əgər banklar haqqında bu fəaliyyətə icazə varsa, düşünürəm ki, Azərbaycanda investitsiya bankının yaradılmasına ehtiyyac yoxdur. Əgər bank hansısa müəssisəyə uzunmüddətli kredit verirsə, bu, investitsiya fəaliyyəti sayılır. Məbləğindən asılı olmayaq bu, həmin bankın investitsiya fəaliyyətidir”.