Yataq örtüyü istədi, kəfən göndərdilər

Ona yataq örtüyü əvəzində bir neçə metr kəfən göndəriblərmiş
Sputnik

BAKI, 22 iyul — Sputnik. Türkiyədə maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaşlı qadın telekanalların birində gördüyü yataq örtüyünü sifariş edərək gözləməyə başlayıb. Böyük həvəslə yeni örtüyü gözləyən qadın ona göndərilən paketi alıb, qapıda pulunu ödəyib. Açanda isə dəhşət yaşayıb. Ona yataq örtüyü əvəzində bir neçə metr kəfən göndəriblərmiş.

Qadın telekanaldan ona verilən nömrəyə dəfələrlə zəng etsə də, kiminləsə danışıb, dərdini deyə bilməyib. Qadın aldadıldığını anlayınca polisə şikayət edib. Polisdən qadına 14 gün gözləməli olduğu bildirilib. Gözüyaşlı qadın onu aldadanları Allaha tapşırıb: "Rəngbərəng yataq örtüyü sifariş etmişdim. Mənə göndərdikləri isə sadəcə kəfəndir. Heç kim telekanal reklamlarına aldanıb, nəsə almasın. İnsanın gözünün içinə baxa-baxa aldadırlar".