CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtın "Bərəkət"i yandı

Ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb
Sputnik

BAKI, 22 iyul — Sputnik. Sumqayıtda güclü yanğın olub.

Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbərə verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Məlumata görə, yanğın "Bərəkət" mağazasında baş verib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

"Bərəkət" marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.

Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.