Ruhani Trampa xəbərdarlıq etdi, "odla oynamamağı" tapşırdı

ABŞ maliyyə naziri Stiven Munçin onların iradəsinin əksinə olaraq İrandan neft almağa davam edən Rusiya, Çin və istənilən digər ölkəyə qarşı sanksiya tətbiq etməyə hazır olduqlarını vurğulayıb
Sputnik

BAKI, 22 iyul — Sputnik. İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı "odla oynamamağa" çağırıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, İran rəhbəri ölkəsinin heç kimlə vuruşmadığını da vurğulayıb.

Bundan əvvəl ABŞ Dövlət Departamentindən qeyd ediblər ki, müttəfiqlərini noyabra qədər İrandan neft almağı tam dayandırmağa inandırmağa çalışacaqlar. ABŞ maliyyə naziri Stiven Munçin onların iradəsinin əksinə olaraq İrandan neft almağa davam edən Rusiya, Çin və istənilən digər ölkəyə qarşı sanksiya tətbiq etməyə hazır olduqlarını vurğulayıb. Dövlət katibi Mayk Pompeo isə ABŞ-ın İran neft sektoruna qarşı sanksiyasının noyabrın 4-dən qüvvəyə minəcəyini vurğulayıb.

İran neft hasilatını azaltmağa məcburdur - Ekspert şərhi

"Cənab Tramp, biz alicənab xalqıq. Tarix boyu regionda su arteriyasının təhlükəsizliyinə zəmanət veririk. Bizi hirsləndirməyin, odla oynamayın, yoxsa peşman olarsınız" — deyə Ruhani iranlı diplomatlarla görüşdə deyib.

O, İranın gücünün kifayət qədər olduğunu da söyləyib: "Amma biz heç kimlə nə vuruşmuruq, nə də döyüşmürük".

Tramp mayın 8-də İranla nüvə razılaşmasından çıxdığını, bu ölkəyə qarşı bütün sanksiyaların tədricən bərpa ediləcəyini bəyan edib.