Rusiyanın Şərqini böyük təhlükə gözləyir?

Araşdırmanın nəticələri Science jurnalında işıq üzü görüb
Sputnik

BAKI, 21 iyul — Sputnik. Amerika alimləri Rusiyanın şərqində təbii fəlakətlər olacağını proqnozlaşdırırlar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, amerikalı alimlər qrupu peyk müşahidələrindən sonra belə bir qərara gəliblər ki, yaxın illərdə Sibirin şərqində və Monqolustanda bədbəxt hadisələrin sayı artacaq. Araşdırmanın nəticələri Science jurnalında işıq üzü görüb.

Təbii fəlakət daha bir bölgədə faciəyə səbəb olub

Alimlər sənaye inqilabından əvvəl və sonra dəyişiklikləri təsvir edən bir neçə iqlim modelini araşdırıblar. Analizlər zamanı peyk məlumatlarına əsasən 1979-2016-cı illər arasında olan temperatur məlumatları istifadə edilib. Onların köməyi müxtəlif illərdə təbii səbəblərdən olan temperatur dəyişiklikləri qeydə alınıb. Ən güclü fərq Şərqi Sibir və Monqolustanda müşahidə edilib. Ekspertlərin fikrincə, belə bir temperatur fərqinin yalnız təbii səbəblərlə mümkün olması iddia edilə bilməz. Buna səbəb antropogen amil və iqlimin davamlı istiləşməsidir.

Xatırladaq ki, hazırda Şərqi Sibir və Uzaq Şərq bölgələrində bir çox rayonlarda ağır yağışlar səbəbindən fövqəladə vəziyyət tətbiq olunub. Daşqınların ən böyük problemləri Trans-Baykal ərazisində qeydə alınıb.