Adnan Oktarın şantaj bazası tapıldı: "Kediciklərin" pornosunu çəkirmiş

Ələ keçirilən rəqəmsal arxivin araşdırılması zamanı isə porno tərkibli görüntülər üzə çıxıb
Sputnik

BAKI, 21 iyul — Sputnik. “Adnan hoca” kimi məşhur olan Adnan Oktarın Bekozda şantaj məqsədilə ilə çəkdiyi iddia edilən video qeydlərin saxlanıldığı anbar aşkar edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, anbarda olan 2500 hard disk, kompüter, planşet, mobil telefonlar götürülüb. Şantaj məqsədilə çəkildiyi iddia edilən rəqəmsal materialların müəyyən edilməsi üçün Kiber Cinayətkarlıqla Mübarizə şöbəsində xüsusi qrup yaradılıb.

Ələ keçirilən rəqəmsal arxivin araşdırılması zamanı isə porno tərkibli görüntülər üzə çıxıb. Görüntülərdə təşkilatın kişi üzvlərinin qadınlarla birlikdə olduğu iddia edilir.

Türkiyə mətbuatının məlumatına görə, dindirilmə zamanı Adnan Oktara 164 səhifəlik 353 sual verilib. Oktar sualların çoxuna "tamamilə yalandır" deyə cavab verib və ya mövzudan yayınıb.