CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astara sakinindən 125 kiloqram narkotik götürüldü

Polis əməkdaşları tərəfindən rayonun Tüləgivan kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb
Sputnik

BAKI, 21 iyul — Sputnik. Astara rayon sakinindən 58 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Polis əməkdaşları tərəfindən rayonun Tüləgivan kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb.

Kənd sakini Elçin Eyvazov

Belə ki, kənd sakini Elçin Eyvazovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 125 kiloqrama yaxın hündürlüyü 2,5-3 metr olan 58 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.