VİDEO

Zərdabinin xatirə muzeyi

Sputnik Azərbaycan olaraq qərara gəldik ki, yolumuzu Zərdabdan salaq, Həsən bəy Zərdabinin ocağını ziyarət edək.
Sputnik

Zərdabi ilə bağlı ətraflı məlumat almaq üçün elə öz doğma yurdunda yerləşən xatirə muzeyinə baş çəkdik. Bizə muzeyin direktoru Vəfa Bayramova həm bələdçilik etdi, həm də geniş məlumat verdi. O, əvvəlcə bir məsələni diqqətə çatdırmağımızı xahiş etdi: "Öncə qeyd edim ki, bura Zərdabinin ev muzeyi yox, xatirə muzeyidir. Bura gələn bütün media işçilərinə bunu bildirsək də, onlar yenə də buranı ev muzeyi kimi qeyd edirlər. Sənətkarın evinin olduğu yerdə ancaq xarabalıqlar qalıb".

Muzey direktorundan öyrəndiyimiz bir məsələ isə bizi çox məyus etdi. Vəfa Bayramova təəssüf hissi ilə qeyd etdi ki, muzeyi çox az sayda yerli turistlər ziyarət edir, xarici turistlər isə qətiyyən gəlmir.