CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fantaziyalar həqiqətə çevrilir: Maşın-təyyarə də gəlir — VİDEO

Təyyarə saatda 320 kilometr sürətlə hərəkət edir
Sputnik

BAKI, 20 iyul — Sputnik. "İdman avtomobilləri üçün uçmaq" şüarı ilə ortaya çıxan "Aston Martin" şirkəti artıq fərdi təyyarəsini sınaqdan keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 oturacaqlı, hibrid mühərrikli “Aston Martin” təyyarəsi şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Təyyarə saatda 320 kilometr sürətlə hərəkət edir. 

Məhsulun meydana gəlməsində payı olan Cranfield Universiteti və Rolls Roys bu maşının döyüş təyyarəsi hissini yaratdığını bildirir.

Təyyarənin pilotu Helen Atkinson isə onun texniki özəlliklərindən danışıb: “Təyyarə xarici mühitdə nə baş verdiyini ani şəkildə analiz edə və dərhal kompüterdə əks etdirə bilir”.